Böyük Britaniyanın ticarət elçisinin Azərbaycana səfəri başlayıb
AMB: Növbəti il üzrə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilə bilər
Elektron xidmətlərin təşkili və qiymətləndirmə qaydası müəyyənləşib
Vətəndaşlar istifadə edəcəkləri liftin vəziyyəti ilə bağlı elektron məlumat əldə edəcəklər
26 May 23:27
7 252
"İrandakı müxtəlif dairələrin Prezident Məsud Pezeşkianın mövqeyi ilə hesablaşmamasının daha bir nümunəsini göstərək. Deməli, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Ermənistanın İran üçün vacib ölkə olduğunu bildirərkən belə bir cümlə işlədib: “Ermənistandan eşitmək istəyirəm ki, dəhliz olmayacaq”".
Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünü feysbuk səhifəsində yazıb. O, deyib ki, İranda Prezidentə tabe olmalı qurumlar və rəsmilər dövlət başçısını saymırlar:
"Bunun ardınca İran rəsmisi dəhlizin İran üçün qəbuledilməz olduğunu qeyd edib. Halbuki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərindən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə etmişdi: “İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”. Belə çıxır ki, İranın hakimiyyət dəhlizlərindəki “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki “mövqe” dəyişməyib və həmin fikirlər İran Prezidentinin mövqeyinə tərsdir. Başqa sözlə desək, Prezidentə tabe olmalı qurumlar və oradakı rəsmilər dövlət başçısını saymırlar".
10:58
644
10:50
791
9 Dekabr 20:46
1 078