“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
4 İyul 2022 19:19
5 481
Cari ilin 5 ayı ərzində Gürcüstan Azərbaycana 9 milyon 219 min ABŞ dolları dəyərində mobil telefon ixrac edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu göstərici ötən illə müqayisədə 3,6 dəfə çoxdur.
Belə ki, 2021-ci ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycana 2 milyon 549 min dollar dəyərində mobil telefon ixrac edib.
Statistikaya əsasən, Gürcüstanın bu ilin beş ayı ərzində telefon ixracının 74%-i Azərbaycanın payına düşüb. 2022-ci ilin 5 ayı ərzində Gürcüstan 12 milyon 507 min dollar dəyərində telefon ixrac edib.
Hesabat dövründə Gürcüstan Ermənistana 2,440 milyon, Türkmənistana 435,9 min, Özbəkistana 190,7 min, İsveçrəyə 121,4 min, Litvaya 52,3 min, Ukraynaya 25,4 min dollar dəyərində telefon ixrac edib.
13 Mart 18:53
1 057
13 Mart 16:19
1 225
13 Mart 13:40
1 239