ABŞ şirkəti IGB ilə qaz tədarükünə dair 20 illik saziş imzalayıb İqtisadiyyat

ABŞ şirkəti IGB ilə qaz tədarükünə dair 20 illik saziş imzalayıb

Yunanıstan-Bolqarıstan interkonektorunun (IGB) operatoru olan ICGB şirkəti ABŞ-ın "Linden Energy" şirkəti ilə təbii qaz tədarükünə dair saziş imzalayıb.

Bu barədə Trend-ə cümə axşamı ICGB-dən bildiriblər.

Qeyd olunur ki, saziş 20 il müddətinə nəzərdə tutulub.

"Linden Energy" regional təbii qaz bazarında strateji maraqları olan şirkətdir. Şirkət bir müddət əvvəl Bolqarıstanın ən iri qaz tədarükçü şirkətlərindən birində paya sahib və Albaniyada təkrar qazlaşdırma zavodunun tikintisi barədə planlarını açıqlayıb.

2016-cı ildə keçirilmiş bazar sınaqları zamanı "Linden Energy" İGB xəttinin nəql gücünün rezerv edilməsi ilə bağlı uzunmüddətli müqavilə imzalamışdı. İndi, interkonnektorun istifadəyə verilməsi ilə ICGB və "Linden Energy" təmin olunan gücün 20 il ərzində rezervləşdirilməsi üzrə öhdəliklərini təsdiq edib", - deyə şirkətdən bildiriblər.