“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
31 Yanvar 2023 13:44
3 983
Rəqabət Məcəlləsinin qəbulu ilə pozulmalarla bağlı tətbiq olunan maliyyə sanksiyaları və cərimələr sərtləşdiriləcək.
Bu barədə bu gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O, maliyyə sanksiyalarının məqsədinin dövlət büdcəsinə vəsait cəlb etmək olmadığını bildirib.
"Bu addım gələcəkdə bu cür halların təkrarlanmasının qarşısını almağa yönəlib. Cərimə subyektin qanun pozuntusu nəticəsində əldə etdiyi gəlirdən artıq olmasa o bu hüquq pozuntusunu təkrarlayacaq. Sanksiyaların sərtləşdirilməsində əsas məqsəd həmçinin gələcəkdə bu cür pozulmaların qarşısının alınmasından ibarətdir", - o deyib.
M.Abbasbəyli hazırda sənədin müvafiq dövlət qurumunda baxışdan keçirilməkdə olduğunu və gözlənildiyi kimi yaxın gələcəkdə Milli Məclisə təqdim olunacağını əlavə edib.
13 Dekabr 15:15
1 197
12 Dekabr 16:29
1 750
12 Dekabr 16:27
1 743