9 Sentyabr 23:45
9 Sentyabr 23:12
Cənubi Koreya azad edilmiş ərazilərdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəyə başlayacaq
İrandan Azərbaycana 84 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
Pakistan XİN: Məkkə sazişinin genişləndirilməsi hələlik gündəlikdə deyil
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinə təbrik ünvanlayıb
24 İyun 2024 10:43
3 780
Bu ilin yazında baş vermiş irimiqyaslı daşqınlardan sonra Qazaxıstanda neft hasilatı qrafik üzrə aparılır, plan 100%-ə yaxın yerinə yetirilib.
"APA-Economics"in Qazaxıstan Baş Nazirinin rəsmi məlumat resursuna istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov bildirib.
"Neft hasilatı baxımından biz qrafik üzrə gedirik - plan 99,9% yerinə yetirilib. Hasilatın minimal azalması Atırau vilayətində yerləşən yataqlarla bağlı olub", - Nurlan Baybazarov qeyd edib.
Onun sözlərinə görə, bu gün Qazaxıstan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edir, ayrı-ayrı sektorlar üzrə artım templəri ötən ilin analoji dövrlərinin göstəricilərini üstələyir.