ABŞ əvvəlcə öz qitəsində hökmranlıq qurmaq istəyir
8 Yanvar 22:45
8 Yanvar 22:45
8 Yanvar 22:36
8 Yanvar 15:22
19 Fevral 2025 12:50
3 325
"Fitch Solutions” Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyərək 2025-ci il üzrə 2,6%, 2026-cı il üzrə 3,2% müəyyən edib.
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib. FS Azərbaycanda real ÜDM-in 2027-ci il üzrə proqnozunu isə 3,1%-dən 3,2%-ə yüksəldib.
Qeyd edilib ki, Azərbaycanda neft sektoru ÜDM-in təxminən 50%-ni təşkil etsə də, son aylarda iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru olub. Bununla belə, 2025 və 2026-cı illərdə Azərbaycan iqtisadiyyatı üçün artım riskləri var: “Bazar hələ də enerji ixracından əldə olunan gəlirdən asılıdır, bu isə onu qlobal neft qiymətlərinin dalğalanmalarına və potensial istehsal fasilələrinə həssas edir. Şaxələndirmə səylərinə baxmayaraq, neft-qaz sektoru hələ də Azərbaycanın xarici ticarət profisitinin əsas hissəsini təşkil edir və ixracın əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycanın iqtisadi sabitliyinə əsas risklər qlobal neft bazarlarındakı dalğalanmalar – regional münaqişələr və iqlim dəyişikliyinin təsiri ilə bağlı təchizat şokları kimi geosiyasi gərginliklər ola bilər”- FS əlavə edib.
8 Yanvar 17:53
1 218
8 Yanvar 16:38
1 246
8 Yanvar 16:28
1 169