
ABŞ prezidenti Donald Trampın İrana məlum hücumda NATO ölkələrinin Pentaqona dəstək göstərməmələrindən narazı qalaraq, rəsmi Vaşinqtonun alyansdan çıxa biləcək ehtimalından sonra qurumun dağıla biləcəyini söyləyənlər də oldu. ABŞ-sız NATO-nun gücsüz olduğu iddiasını ortaya qoyub alyansın süqut edəcəyini dedilər.
İyulun 7-8-də Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü öncəsi alyansın gələcəkdə dağıla biləcəyi ehtimalları söylənildi.
Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer hesab edir ki, gələcəkdə NATO-da ciddi parçalanma baş verər və ABŞ alyansdan ayrıla bilər.
Xarici media xəbər verir ki, 1998–2005-ci illərdə Almaniyanın xarici işlər naziri olmuş Fişer Funke media qrupuna müsahibəsində bildirib ki, amerikalılar faktiki olaraq çıxmağa hazırlaşırlar.
Onun sözlərinə görə, Avropa ölkələrinin liderləri və NATO-nun Baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Tramp ilə alyansın birliyini qorumağa çalışırlar.
Fişer hesab edir ki, NATO uzunmüddətli perspektivdə indiki formada fəaliyyətini davam etdirə bilməyəcək.
Keçmiş nazir çıxış yolu kimi NATO-nun “avropalaşdırılması” ideyasını irəli sürüb.
Onun fikrincə, alyansın Avropa qanadı, mümkün olarsa, Kanada ilə birlikdə fəaliyyətini davam etdirməli, mövcud hərbi mexanizmlər və əməkdaşlıq sistemi qorunaraq yeni təhlükəsizlik modelinə uyğunlaşdırılmalıdır.
Fişer qeyd edib ki, belə bir Avropa təhlükəsizlik sistemi Böyük Britaniya və Fransanın nüvə potensialına əsaslanan öz “nüvə çətiri”ni formalaşdırmağa çalışmalıdır:
“Çünki ABŞ alyansdan ayrılacağı təqdirdə, öz nüvə təhlükəsizlik təminatını da özü ilə aparacaq”. Bununla yanaşı, Fişer Almaniyanın öz nüvə silahına malik olması ideyasını dəstəkləmədiyini vurğulayıb.
O bildirib ki, ölkənin tarixi nəzərə alınarsa, belə bir addım əks nəticələr doğura bilər.
Daha sonra NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin alyansın əbədi fəaliyyət göstərəcəyinə heç kimin zəmanət verə bilməyəcəyini bildirməsi yenidən mövzunu aktuallaşdırıb.
O, "Der Spiegel" jurnalına müsahibəsində deyib ki, dövlət və hökumət başçıları gələcək ssenarilər barədə fərziyyələr yürütmək əvəzinə, müdafiənin gücləndirilməsi üçün təcili tədbirlərə diqqət yetirməlidirlər.
O qeyd edib ki, Avropa ölkələri müdafiəyə daha çox vəsait ayırmağa daha əvvəl başlamalı idilər. Onun fikrincə, son illərdə bu istiqamətdə irəliləyiş olsa da, proses daha sürətli gedə bilərdi.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Elşən Manafov deyib ki, NATO-nun sabiq baş katibi Stoltenberqin Almaniyanın De Şpiqel nəşrinə verdiyi musahibə dünya mediasında böyük rezonans doğurmaqla yanaşı Şimal Alyansının perspektiv müqəddaratı ilə bağlı məsələlərə münasibətdə dünyanın bir sıra tanınmış siyasətçilərinin fikirləri ilə üst-üstə düşüb. Şimal Alyansının əbədi mövcud olmayacağı ilə bağlı Stoltenberqin fikirlərində nə fəlsəfi, nə də geosiyasi anlamda anlaşılmazlıq yoxdur, əvvəla bəşər tarixində heç bir siyasi, hərbi alyans əbədi olmayıb, xüsusilə dünyanın özünün belə əbədi olmaması anlamında: “ Digər tərəfdən NATO-nun ərsəyə gəlməsini zəruri edən geosiyasi durumda son 80 il ərzində ciddi dəyişikliklər baş verib və bu proseslər NATO daxili dövlətlər-muttəfiqlər arasındakı ziddiyyətlərin, fikir ayrılıqlarının başlıca səbəblərdir. NATO divarında çatın yaranması və tədricən dərinləşməsi isə soyuq müharibənin başa çatmasından sonra müharibəyə qədərki geosiyasi, xüsusilə İkinci dunya müharibəsi dönəmində faşizm və militarizmə qarşı birgə cəbhədə çıxış etmək məcburiyuətində qalan müttəfiq dövlətlər arasında müharibənin başa çatması ilə qalan ideoloji fəqlərdə olmuşdur. Sovet İttifaqında hakim kommunist ideologiyası Sovetlərin xarici siyasi kursuna da sirayət edirdi, bu kurs kommunist ideologiyasının, deməli inqilabi ideyaların da xüsusi və həm də irəli kapitalın hökmranlıq etdiyi ölkələrə ixracını da nəzərdə tutduğundan Qərb dövlətlərində iri kapitalın (sənaye, maliyyə, ticarət maqnatlarının) maraqlarının təmsilçisi olan dövlətlər müdafiə tədbirləri görmək məcbutiyyətində idilər. Qərb Sovetlərin məlum siyasətini vətəndaşların mülkiyyət, iqtisadi fəaliyyət azadlığına təhlükə olaraq gördüyündən bunu insan haqlarına təcavüz kimi qiymətləndirirdi və bu ad, habelə demokratik dəyərləri qorumaq adı ilə 1949-cu ildə NATO- nu formalaşdırdı. Şimal Alyansının sonrakı tarixi isə göstərdi ki, bu təşkilat müdafiə ehtiyaclatından deyil”,
Onun fikrincə, Qərbdə maliiyə maqnatlarının, hərbi sənaye kompleksinin, onunla bağlı siyasi elitaların qlobal masştabda yeni satış bazarları, zəngin təbii sərvətlər və xammal mənbələrinə çıxış əldə etmək, onlara yiyəlınmək kimi ekspansionist niyyətlərinin təcəssümü olaraq meydana gəlmiş hərbi, siyasi qurum olmuşdur: “Soyuq müharibə SSRİ-nin məğlubiyyəti (bu məğlubiyyət isə hərbi qarşıdurmada baş verməmişdir), Varşava Müqaviləsi Təşkilatının buraxılmasından sonra əslində NATO da fəaliyyətinə xitam verməli idi, zira, onun yaranmasına səbəb olan ideoloji faktor kommunist Sövetlər İttifaqının çökməsindən sonra artıq ortalıqda yox idi. Lakin bu baş vermədi, əksinə NATO keçmiş postkomminist dövlətlərinin hesabına (Mərkəzi və Cənub Şərqi Avropa dövlətləri) öz sıralarını genişləndirdi və Şərqə doğru genişlənmə davam etdi. Bu faktor NATO-nun geosiyasi blok olduğunu bariz şəkildə göstərdi və blok şubhəsiz ki, soyuq müharibədən məğlub çıxmış (Rusiyanı idarə edən Qərbpərəstlərə görə), lakin, hələ də ayaqda duran Rusiyanı, habelə iqtisadi inkişaf tempinə görə, son illərdə isə ÜDM-in həcminə görə Qərbi geridə qoyan, ən başlıcası kommunistlərin hələ də hakimiyyətdə qaldığı Çinə qarşı yönəlmişdi.
Rusiyada Putinin iqtidara gəlməsi isə ideolji anlamda olmasa da, geosiyasi və hərbi arenada NATO-Rusiya zuddiyyətləri güclənməyə başladı, Putinin 2007-ci ildə Münbendə Avropa təhlükəsizlik problemləri ilə bağlı toplantıda "cənablar Rusiya beynəlxalq münasibətlər sisteminə qayıtmışdır və bununla barışmaq lazımdır" kimi açıqlaması bunun bariz göstəricisi oldu. Rusiyanın xəbərdarlıqlarına baxmayaraq NATO-nun onun sərhədlərinə qədər genişlənməsi və son anda Ukraynanı da öz ağuşuna almaq istəyi qlobal çatda gərginliyi artırmaqla (Yaxın Şərqdə gərginliyin artmasında da NATO-nun ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə meydana gəlmiş beynəlxalq islamçı-terrorist qruplaşmalara qarşı özünə məxsus şəkildə apardığı "mubarizənin" də öz rolu olmuşdur), NATO daxili ziddiyyətləri də gücləndirmiş oldu”.
E.Manafov qeyd edib ki, ABŞ-da Trampın iqtidara gəlməsi ilə məlum oldu ki, qoca qitədə hakimiyyətdə təmsil olunmuş və qlobalist, sionist dairələrlə bağlı olanlarla Trampın Avroatlantik məkanın təhlukəsizliyi ilə bağlı məsələlərə baxışlarında kəskin fərqlər var. Tramp Buş iqtidarından fərqlı olaraq Ukraynada Zelinski hakimiyyətinə maliyyə və hərbi dəstək verməkdən imtina etdi, hər halda bundan sonra silahların rəsmi Kiyevə pulla satılacağını açıqladı, üstəlik Avropadakı müttəfiqlərindən NATO-nun maliyyə xərcləri üçün bu ölkələrin ÜDM-in 2 deyil, 4%nin yönləndirilməsi tələbini qoydu və bu da ABŞ və NATO-ya daxil olan dövlətlər arasında münasibətlərdəki ziddiyyətləri gücləndirdi. Trampın Qrenlandiya, Kanada, Panama kanalı ilə bağlı müraciətlərinə AB ölkələrindən dəstək gəlmədi, nəhayət İrana hücum və Hörmuz boğazı ətrafında yaşananlarla bağlı məsələlərdə beynəlxalq birlik NATO daxilində həmrəyliyi müşahidə etmədi: “Avropada bəzi siyasilərin, məsələn, Fransa prezidenti Makronun NATO-dan kənar ümumAvropa qoşunlarından ibarət kollektiv təhlukəsizlik qurumunun yaradılması ilə bağlı çağırışları isə göstərdi ki, NATO-ya etimad Avropa siyasiləri arasında əvvəlki səviyyədə deyil. ABŞ Avropanın gil ayaqlı nəhıngi kimi qalmasında maraqlıdır və onun bu istəyi NATO-nun əleyhinə, Rusiya və Çinin isə xeyrinə işləyəcək. NATO daxili dövlətlər arasında geosiyasi və hətta tarixi aspektlərdə olan qarşıdurma (Yunanıstan və Türkiyə, AB dövlətlərinin mutləq əksəriyyətində Turkiyənin xeyrinə olmayan erməni genosidinin tanınması, Türkiyənin İsrail və İranla munasibətlərə AB- dan fərqli yanaşması və s. ) göstərir ki, NATO-nun əvvəlki monolitliyindən əsər əlamət qalmayıb".
Politoloq Zeynal Əmrəliyev isə deyib ki, NATO-nun dağılması ehtimalı son zamanlarda daha da güclənib: "Çünki NATO-nu yaradan ənənəvi ölkələr olan ABŞ-la Avropa Birliyi ölkələr arasında alyansın gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları var. Bu da təşkilatın dağılma ehtimalını gücləndirir. Ola bilər ki, növbəti müddət ərzində alyans fəaliyyətini dayandırsın. Son zamanlar onu müşahidə edirik ki, NATO əvvəlki gücündə deyil, konkret olaraq münaqişə zonalarına diqqət göstərə bilmir. İyirmi il NATO-nun durumu ilə indiki durumu arasında fərq var. Alyans öz sərhədlərini belə qorumaq iqtidarında deyil. Məsələn, Avropanın təhlükəsizliyi ilə bağlı çox ciddi problemlər var, konkret olaraq Rusiya Avropanın təhlükəsizliyini təhdid edir. Belə olan halda düşünürəm ki, Avropanın təhlükəsizliyinə zəmanət verı bilməyən bir təşkilatın böyük iddialarla çıxış etməsi inandırıcı deyil. Əslində, son zamanlar baş verənlər, geosiyasi hadisələr, Rusiyanın Ukraynaya hücumu onu sübut etdi ki, NATO-nun əsas fəaliyyət missiyası ABŞ olub, yəni onu ayaqda saxlayan rəsmi Vaşinqton olub. ABŞ olmasaydı və alyans Avropa ölkələrinin ümidinə qalsaydı, çoxdan dağılmışdı. Türkiyə NATO-nun ikinci güclü ordusuna sahibdir, yəni özünü qoruya bilər, amma Avropa ölkələri yox. Düşünürəm ki, gələcəkdə bu alyansın dağılma ehtimalı var, çünki ABŞ Avropa ölkələrinin təhlükəsizliyi üçün pul xərcləmək istəmir".
Cavid