“2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb” İqtisadiyyat

“2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb”

Samir Şərifov: "Məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat əlavə vəsait ayrılıb"

"2019-cu ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. Samir bildirib ki, dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat və ya 1.1 faiz artaraq 23 milyard 168 milyon manat təşkil edəcək". Bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib: "Müvafiq olaraq dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat və ya 1.7 faiz artaraq 25 milyard 190 milyon manat təşkil edəcək. Xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 2019-ci illə müqayisədə 0,7 faiz artaraq 30.7 faiz təşkil edəcək. Strukturuna görə dövlət büdcəsinin əsas xərcləri ilkin proqnozlara nisbətən 291 milyon manat və ya 2.9 faiz artaraq 10 milyard 182 milyon manat cari xərclərin isə ilkin proqnozlara nisbətən 119 milyon manat və ya 0.9 faiz artaraq 12 milyard 673 milyon manat təşkil edəcək".
Nazir bildirib ki, millət vəkillərinin büdcəyə etdiyi təkliflər əsasında layihəyə dəyişiklik olunub və onların ümumi maliyyə tutumu 610 milyon manat təşkil edir: "Bu məbləğin 200 milyonu qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, 80 milyonu regionlarda məşğulluq səviyyəsinin artırılamasına, 2,7 milyonu Gənclər Fonduna ayrılır. Həmçinin, 2019-2020-ci illərdə dövlət sifarişi əsasında (ödənişsiz təhsil) təhsil alan ali məktəb tələbələrinin sayının artırılması və digər təhsil xərclərinə 11 milyon manat nəzərdə tutulur.
Eyni zamanda AMEA-ya əlavə 800 min manat, yeni doğulmuş eşitmə və ürək qüsurlu uşaqların müalicəsinə əlavə 4 milyon manat, yeni yaradılmış təşkilatlara 5,5 milyon manat, Milli Məclisin saxlanma xərclərinə əlavə 10,1 milyon manat, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və kənd təsərrüfatı xərcləri üçün əlavə 40 milyon manat ayrılacaq.
Bununla yanaşı, bələdiyyələrə subvensiyalar üçün ayrılmış dotasiyaların həcmi 500 min manat azaldılacaq. Onu da qeyd edim ki, təkliflərin ümumilikdə maliyyə tutumu 7 milyarddır. Ancaq indiki dövrdə bunun dövlət büdcəsinin xərclərinə aid edilməsi qeyri-realdır. Bunlar mərhələli şəkildə həll olunacaq".
Beləliklə, 2019-cu il dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 mln. manat artaraq 23 168 mln. manat, xərcləri ilkin proqnoza nisbətən 410 milyon manat artaraq 25 mlrd. 190 mln. manat nəzərdə tutulub.
Samir Şərifov deyib ki, regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat əlavə vəsait ayrılıb. Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat vəsaitin artırılması nəzərdə tutulub: "Bundan əlavə, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və böyrək qüsurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manat ayrılmalar nəzərdə tutulub".
Samir Şərifov bildirib ki, gələn ilin büdcəsində Milli Məclisə əlavə vəsait ayrılıb. Nazir bildirib ki, 2019-ci ilin dövlət büdcəsindən Milli Məclisin saxlanması xərclərinə əlavə olaraq 10,1 milyon manat vəsait artırılır: "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdu".
Samir Şərifov həmçinin Azərbaycanda təhsil xərclərinin artırıldığını diqqətə çatdırıb. Nazir bildirib ki, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlar üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur. Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Nazir onu da deyib ki, bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb: "Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək".
Nazir bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsində 200 milyondan artıq əlavə vəsatin ayrılması nəzərdə tutulub.