Kreml İstanbulda Rusiya-Ukrayna görüşünə dair xəbəri təsdiqləməyib
Hesablama Palatası və DVX arasında Anlaşma Memorandumu imzalanıb
Karapetyanın şirkəti “Ermənistan elektrik şəbəkələri”ni idarə etməkdən məhrum edilib
FHN təmsilçisi VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb
Litva NATO-dan zenit qaçaqmalçılığı qrupu yaratmağı xahiş edib
29 Dekabr 2019 10:42
4 158
Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda işçi qruplarının hesabatları dinlənilib. Pilot layihələrin həyata keçiriləcəyi torpaq sahələrinin ayrılması, investorlara dövlət zəmanətlərinin verilməsi, layihələrin iqtisadi qiymətləndirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Şəbəkənin gücləndirilməsi və şəbəkəyə inteqrasiya ilə bağlı ilkin təkliflər nəzərdən keçirilib. Hüquqi və institusional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin təklif alınmış beynəlxalq məsləhətçi şirkətlər barədə ətraflı məlumat verilib.
Energetika naziri Pərviz Şahbazov dövlət başçısının bərpa olunan enerjidən istifadənin genişləndirilməsi ilə bağlı tapşırıqlarının ölkəmizin energetika sektorunun müasir trendlərə uyğun inkişafına və qeyri-neft sektoruna xarici investisiyanın cəlbinə imkanlar yaratdığını qeyd edib. Nazir görülən işlərlərə dair fikirlərini diqqətə çatdırıb və işçi qruplarına tapşırıqlar verib.
Yekunda Komissiyanın müvafiq təklifləri Sərəncamda nəzərdə tutulan müddətlərdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi üçün işçi qruplarına tədbirlərin icrasının sürətləndirilməsi tövsiyə edilib.
Qeyd edək ki, Sərəncamın icrası məqsədilə Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Vergi Xidməti, Mərkəzi Bank və s. qurumların təmsilçilərindən ibarət 7 işçi qrupu fəaliyyət göstərir.