“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
25 Oktyabr 2021 19:55
4 326
OPEC-ə neft qiymətlərinin azaldılması üçün güclü təzyiq göstərilir.
Bunu Trend-ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.
Onun sözlərinə görə, ötən həftə "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 85,53 dollar/barel, "West Texas Intermediate" neftinin qiyməti 83,76 dollar/barel səviyyəsində olub: "2020-ci ilin aprelində "Brent" neftinin qiyməti 18 dollar/barel idi. COVID-19 pandemiyasına qədər isə qiymət 68 dollara bərabər idi. 2011-ci ildən 2014-cü ilin ikinci yarısınadək neft qiymətləri 100 dollardan çox idi. 2008-ci ilin iyulun isə "Brent" markalı neft 147 dollar/barel olmuş və tarixi rekord həddinə çatmışdı".
Ekspert qeyd edub ki, ABŞ-ın neft qiymətlərinin azaldılması üçün OPEC-ə təzyiqi yeni hadisə deyil: "Yayda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama vermişdi ki, OPEC+ dünya iqtisadiyyatının bərpasının dəstəklənməsi üçün kifayət qədər addım atmır. Bir neçə gün əvvəl isə prezident Co Bayden özü bildirdi ki, benzin qiymətlərinin yüksək olmasının səbəbi OPEC-in tədarükdə imtina etməsidir".
O hesab edir ki, ABŞ və digər idxalatçı ölkələrin başlıca problemi təkcə neftin deyil, ümumiyyətə eneri daşıyıcılarının qiymətinin kəskin artmasıdır: "Enerji daşıyıcılarının qiyməti siyasi və iqtisadi baxımdan çox həssasdır, çünki həm istehlakçılar, həm də iqtisadiyyat üçün vacib əhəmiyyət daşıyır. Beləliklə, siyasi liderlər istehlakçıların alıcılıq qabiliyyətinə təziyiqlə əlaqədar ciddi narazılıqla üzləşir. Ona görə də məntiqlidir ki, siyasi baxımdan OPEC və OPEC+a neft qiymətlərinin azaldılması və ya stabilləşdirilməsi üçün tədbirlərin görülməsi ilə bağlı təzyiqlər olunur. OPEC+un növbəti iclası noyabrın 4-də keçiriləcək. İclasın məqsədi dekabr ayında hasilat səviyyəsi barədə qərar verməkdir. İyul ayında OPEC+ ölkələri 2021-ci ilin avqustundan başlayaraq hasilatı hər ay 400 min barel/sutka artırıb. Bir çox istehlakçı ölkələr, o cümlədən ABŞ istəyir ki, OPEC+ iyul qərarının çərçivələrindən çıxaraq bazara daha çox neft tədarük etsin".
1 Noyabr 14:45
2 016
1 Noyabr 13:43
2 051
1 Noyabr 13:27
2 002