
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
2022-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,74 milyon barel/sutka səviyyəsində gözlənilir.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.
2022-ci ildə rüblük hasilat birinci rübdə 0,73 milyon, ikinci, üçüncü və dördüncü rübdə 0,74 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.
2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,71 milyon barel/sutka olacaq.
Gələn il rüblük hasilat birinci rübdə 0,72 milyon ikinci rübdə 0,71 milyon, üçüncü rübdə 0,7 milyon, dördüncü rübdə isə 0,72 milyon barel/sutka təşkil edəcək.
2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib.
EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib.