“Cənab Prezident Zəfər Qurultayında bizim qarşımıza yeni tələblər qoydu”-Seymur Nəsirov Siyasət

“Cənab Prezident Zəfər Qurultayında bizim qarşımıza yeni tələblər qoydu”-Seymur Nəsirov

“Dünya Azərbaycanlılarının V Zəfər Qurultayının Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi mühüm hadisədir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov deyib. S.Nəsirov bildirib ki, bundan öncəki qurultayda dövlət başçısı öz çıxışı ilə dünya azərbaycanlılarının önündə yol xəritəsi qoymuşdu: “Hansı işləri görməyin vacib olduğunu söyləmişdi. Xüsusilə ötən qurultayda vacib tələb ondan ibarət idi ki, vətənimizi işğaldan necə qurtara biləcəyimizin üzrəində gecə-gündüz çalışmaq, Ermənistanın işğalçılıq siyasətini bütün dünyada ifşa etmək. Əsas tapşırıq bu idi. Bu gün isə artıq torpaqlarımızı işğaldan azad emişik. Amma buna arxayın olmamalıyıq. Dövlətimizin güclənməsində, yaşadığımız ölkə ilə Azərbaycan arasında əlaqələrin imnkişaf etdirilməsinə töhfə verməliyik.
Bütün bu və digər məsələlərlə bağlı isə Cənab Prezident Zəfər Qurultayında bizim qarşımıza yeni tələblər və yeni yol xəritəsi qoydu. Əsas hədəf Azərbaycanın inkişafının təbliği, eyni zamanda erməni vandalizmi ilə bağlı faktların dünyaya çatdırılmasıdır. Əsas hədəflərdən biri də Azərbaycan dili ilə bağlı idi”.
S.Nəsirov bildirdi ki, iki gün ərzində dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən soydaşlarımızla birgə fəaliyyətimizi necə gücləndirəcəyimizlə bağlı fikir mübadiləsi apardıq: “Mənim fəaliyuyətim çoxşaxəlidir. Azərbaycanla bağlı ərəb mənbələrində tədqiqatlarımı davam etdirəcəyəm. Eyni zamanda Azərbaycan dilinin təbliğatı ilə bağlı fəaliyyətimizi gücləndirəcəyəm. Bu günə qədər 1150 misirli tələbəyə Azərbaycan dilini tədris etdik. Bu say günü gündən artır. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşərək nəyə qadir olduğunu göstərdi. Bunun bariz nümunəsi olaraq biz, bu gün buradayıq. Buna görə də biz birləşməli, fərqli ölkələrdə olmağımıza baxmayaraq bir-birimizə dəstək verməli, ölkəmizi layiqincə təbliğ etməliyik...”.

Əli Zülfüqaroğlu