“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
24 Noyabr 2022 12:29
2 653
Rusiya Ukrayna silahlı qüvvələri qarşısında məğlub olduqca Kiyev və digər şəhərlərin enerji infrastrukturuna raket zərbələri endirir. Bununla Ukraynanın müqavimətini qırmağa çalışır. Sadəcə, bu Kremlin isteriyasıdı və yaxın perspektivdə Mariupol və Zaparojyedən çıxmağa məcbur qalacaq.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun fikrincə, kollektiv Qərblə qarşıdurmada Rusiya məğlubiyyətə düçar olur. Ukrayna Rusiyanın sərhəd şəhərlərini raket atəşinə tutması gözlənilir: "Amma, bu lokal miqyasında olacaq. Çünki Rusiya ordusunun şəxsi heyəti geniş miqyasda ruh düşkünlüyünə malikdir və ədalətsiz müharibədə iştirak etmək istəmir. Əgər, Ukrayna Rusiyanın şəhərlərinə geniş raket zərbələri endirərsə, bu ordunun şəxsi heyətinin və digər ərazilərdə könüllü orduların yaradılması Ukraynaya qarşı müharibənin miqyasını dəyişə bilər.
Rusiyanın Ukraynada məğlubiyyəti Cənubi Qafqazdan çıxması ilə nəticələnəcək. Moskva bunun fərqindədir. Ona görə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşıdır. Həmçinin Qarabağda silahlı erməni birləşmələrinin atəşkəsi pozmasıni təşviq edir".
Cavid
13 Mart 23:03
840
13 Mart 20:26
1 092
13 Mart 20:16
1 113