“Dağlıq Qarabağ və digər məsələlər də gündəmdə olacaq” Siyasət

“Dağlıq Qarabağ və digər məsələlər də gündəmdə olacaq”

Elman Məmmədov: "Bu danışıqlarda Türkiyə, Gürcüstan, Azərbaycan birliyinin hərbi sahədə olan əməkdaşlığına da baxılacaq"

"Fevralın 18-də keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında heç şübhəsiz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də yer ala bilər". Bunu millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, toplantıda müxtəlif istiqamətlərdə məsələlərə baxılacaq: "Bununla belə, dövlətlərin təhlükəsizlik problemləri, Dağlıq Qarabağ və digər məsələlər də gündəmdə olacaq. Güman edirəm ki, bu danışıqlarda Türkiyə, Gürcüstan, Azərbaycan birliyinin hərbi sahədə olan əməkdaşlığına da baxılacaq. Dünyanı bürümüş geosiyasi və iqtisadi böhran vəziyyətində regionda mövcud olan gərginliklə bağlı məsələlər və bu gərginliyin aradan qaldırılması üçün aparılacaq işlər də toplantının əsas mövzularından olacaq. İnanırıq ki, toplantı öz səmərəliliyi ilə tarixdə qalacaq".