"Binance" bütün şəbəkələrdə vəsait çıxarışını gələn həftə bərpa edəcək
ABŞ Ukraynaya NATO-ya üzvlük müqabilində Donbasdan çıxmağı təklif edib
Fars körfəzi ölkələri hücumlara görə İrandan təzminat tələb ediblər
Almaniya köhnə kömür elektrik stansiyalarını yenidən işə salmağı planlaşdırır
Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
27 Yanvar 2023 14:10
2 856
Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.
Bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə yaydığı bəyanatda qeyd edilib.
"İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.
Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.
Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", - deyə bəyanatda bildirilib.
11:33
651
10:17
665
13 Noyabr 20:15
973