“İran rejiminin ucuz planı iflasa uğradı” Siyasət

“İran rejiminin ucuz planı iflasa uğradı”

“İran tərəfi ilk öncə hadisəni törədən şəxsin erməni olduğuna dair informasiya yaysa da daha sonra məlum oldu ki, hadisəni İran vətəndaşı Yasin Hüseynzadə törədib.
Molla rejimi hadisəni Ermənistan-Azərbaycan gərginliyinə yönəldərək məsuliyyətdən yayınmağa çalışacaqdı. Xüsusi ilə səfirliyimizə edilən hücumun tarixinin 27 yanvar olması ilə rejim hadisənin ASALA terror təşkilatı tərəfindən törədildiyini əsaslandırmağa çalışmaqda buna dəlalət edir”. Bunu xalqcəbhəsi.az –a açıqlamasında politoloq Turan Rzayev deyib: “Qeyd edim ki, 1973-cü il 27 yanvar tarixində ASALA terror təşkilatının üzvü Qurgen Yanikyan ABŞ-da türk səfir Mehmet Baydar və Bahadır Dəmiri Santa Barbaradakı Baltimore otelinə dəvət edir və orada teraktı həyata keçirib.
Hadisənin İran vətəndaşı Yasin Hüseynzadə tərəfindən tördəildiyi aşkarlanmasa idi mümkündür ki, bu hadisənin məsuliyyətini ASALA terror təşkilatı üzərinə götürəcəkdi.
Nəticə etibarilə İran rejiminin bu ucuz planı iflasa uğradı. Bu hadisənin məsuliyyəti bir başa İran hakimiyyəti daşıyır”.