“Bu, açıq hərbi əməliyyatdır” Siyasət

“Bu, açıq hərbi əməliyyatdır”

“İranın vurulması onsuz da yeni bir hal deyil. İsrailin baş naziri Benyamin Netanyahu sadəcə olaraq İran barədəki bəyanatlarının zarafat və blef olmadığını göstərmək üçün İranın hərbi obyektlərinə zərbələr endirilməsinə qərar verdi”. Bunu xalqcəbhəsi.az-a siyasi şərhçi Aqşin Kərimov deyib: “Bu, açıq hərbi əməliyyatdır və İranın da cavabı gözləniləndir. Hərçənd ki, İranın effektiv cavab tədbiri həyata keçirəcəyi inandırıcı deyil, çünki İsrail kəşfiyyatı dəqiq işləyir və təhdidləri vaxtında müəyyən edə bilir. Hesab edirəm ki, İran Suriyada, İraqda cavab tədbirlərinə daha çox üstünlük verəcək. Amma İsrailin İranı bombardman etməsi Azərbaycan səfirliyinə hücumdan sonraya təsadüf etdiyinə görə, Tehranda bunu Azərbaycanla hansısa formada əlaqələndirirlər. Bu mənada Azərbaycan İranın təxribatları ehtimallarını nəzərə alır”.