

“İlk növbədə, qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 ildən çox müddətdə müxtəlif qurumlarla razılaşmadan keçirərək dövlət rəhbərinə təqdim etdiyi yeni qanun layihəsi ölkəmizin iqtisadi tarixində mühüm hadisədir. Obyektivlik naminə deyək ki, Məmməd Abbasbəylinin rəhbərlik etdiyi qurum cəmiyyətə və bütün müraciət edənlərə açıqdır, səmimi ünsiyyətə və peşəkar çalışamlara qadirdir, süni bürokratik zirehdən kənarda konfliktlərinn toqquşduğu mürəkkəb sahənin fəaliyyətini uğurla təşkil edirlər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib. Z.Oruc bildirib ki, hazırki yeni qanun layihəsi ölkəmizdə iqtisadi islahatların ən çox gözlənilən, ətrafında müxtəlif daxili və beynəlxalq təşkilatların müzakirə apardıqları ümummmli məsələyə həsr olunub: “Dövlət büdcəsinin dörddə birini təşkil edən satınalmaların ümumi maliyyə tutumunun 7 milyard manata yaxın olması o deməkdir ki, nəinki inhisara qarşı, eləcə də büdcənin xərclənməsində getdikcə artan ictimai nəzarət, xalqın qarşısında hesabatlılıq və aşkarlıq, o cümlədən korrupsiyanın azaldılması və qənaətli, effektiv xərclənmələrin həyata keçirilməsi son illərin nailiyyətləri hesab oiluna bilər”.