“Birləşmiş Ştatlar da bunu arzulayır” Siyasət

“Birləşmiş Ştatlar da bunu arzulayır”

“Dövlət başçısının sülh anlaşmasının imzalanmalı olduğu yer kimi niyə məhz Gürcüstana üstünlük verməsinin səbəbi isə, onun özünün də vurğuladığı kimi coğrafi və tarixi faktorlarla yanaşı, həm də sözü gedən ölkənin baş naziri cənab Qaribaşvilinin bu sözlərində gizlənir: “Mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Güney Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir”. Üstəlik aydındır ki, bu anlaşmanın Tiflisdə imzalanması Moskvanı Qərbdə imzalanmasından daha az qıcıqlandırardı”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, eləcə də qərbdəkilərə də belə bir addımın geosiyasi rəqib gözündə gördükləri Rusiyada deyil də, məhz Gürcüstanda atılması əl verir, onların irad bildirməyə arqumentləri qalmır: “Mən hətta bu fikirdəyəm ki, Birləşmiş Ştatlar açıq dilə gətirməsə də, Azərbaycanla Ermənistan arasında sülhün əldə edildiyi yer kimi Brüsseldənsə Tiflisin olmasını arzulayır”.