“Cəbhə xəttində yeni toqquşmalar istisna deyil” Siyasət

“Cəbhə xəttində yeni toqquşmalar istisna deyil”

Məhəmməd Əsədullazadə: "Azərbaycan cəbhədə sərt əməliyyatlara başlaya bilər"

Ermənistanın ötən ilin sonunda Tavuş rayonu Çinarlı kəndi istiqamətindəki təxribatı KTMT-ni münqişəyə cəlb etmək məqsədi daşıyırdı. Belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, KTMT baş katibi Nikolay Bordyujanın erməni tərəfinin qane etdiyi açıqlamanı verməsi də buna hesablanmışdı: "Ancaq Azərbaycanın sərt mövqeyi nəticəsində Bordyuja vəzifəsindən kənarlaşdırıldı. Halbuki Bordyuja aprel ayına kimi vəzifəsini icra edəcəkdi. Görünür, Kreml bununla Azərbaycanı sakitləşdirmək, vəziyyəti drammatikləşdirmənin qarşısını almış oldu. Ermənistanın bu təxribatçı avantürüst siyasətinin ifşası, KTMT-də Azərbaycanın tərəfdaş ölkələrinin obyektiv mövqeyi, erməni rəsmlərinin "məyus" edib. Məhz buna görə də erməni rəsmiləri, Azərbaycan hərbiçisinin meyiti üzərində psixoloji siyasət aparırlar, onun geri qaytarılmasını yubadırlar". Politoloq deyib ki, Ermənistanın bu siyasəti "hərbi əsir və itkin düşmüşlərlə" əlaqədar beynəlxalq konvensiyalara ziddir: "Qeyd etmək lazımdır ki, bir başa münaqişə tərəfləri ilə işləyən ATƏT-in şəxsi nümayəndəsinin rəhbəri Anji Kaspişikin və Minsk qrupunun həmsədrlərinin bəyanat və çağırışlarına rəğmən meyit qarşı tərəfə verilmir. Adi bir meyiti danışıqlar yolu ilə qaytara bilməyən Minsk qrupu, necə münaqişənin həllində müsbət rol oynayıb, torpaqları geri ala bilər?! Bütün bu proses və detallar, belə bir həlli mümkün olan hadisələrə bağlıdır. "Minsk qrupunun" fəaliyyətsizliyi, ilk gündən aydın şəkildə özünü göstərdi. Ermənistan bu hərəkətlərlələ danışıqlardan yayınmaq siyasəti aparır. Ermənistanın meyit üzərində təxribat xarakterli siyasəti, cəbhə xəttində yeni toqquşmalara gətirib çıxara bilər. Çünki cəsədin qaytarılması üçün Azərbaycan cəbhədə sərt əməliyyatlara başlaya bilər".