Əlcəzairdə son 24 saatda baş verən 174 yanğından 64-ü davam edir
Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
19 Dekabr 2024 12:40
3 206
“Prezident İlham Əliyevin 17 dekabrda Rossiya Seqodniya Beynəlxalq informasiya Agentliyinin baş direktoru Dmitri Kselyova verdiyi müsahibədə Fransanın davam etdirdiyi neokolonilizm siyasətinin yaratdığı fəsadlar və Gürcüstanda sabitliyi pozmaq üçün edilən cəhdlərə də toxundu”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, Fransa hər vasitə ilə Cənubi Qafqaza daxil olmağa çalışır: “Təbii ki, bu, Ermənistan simasında baş verib. Amma Azərbaycan və Gürcüstan buna imkan verməyəcək və Cənubi Qafqazda sabitliyin bərqərar olunması üçün əlindən gələni edəcək. Belə ki, Gürcüstanda ictimai-siyasi vəziyyətin sabitliyə doğru inkişaf etməsi ürəkaçandır və bizi qane edir. Biz əməkdaşlığımızı genişləndirməklə regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə çalışırıq. Bu, bizə Cənubi Qafqaz ənənələrini qoruyub saxlamağımıza imkan verəcək”.
Röya İsrafilova