Əli Əhmədov icbari tibbi sığortadan danışıb Siyasət

Əli Əhmədov icbari tibbi sığortadan danışıb

"Vətəndaşlar icbari tibbi sığortaya inamla yanaşırlar. Bizim apardığımız müşahidələr nəticəsində əldə etdiyimiz məlumatlar bundan ibarətdir ki, insanlar kifayət qədər xəstəxanalarda müalicə ala bilirlər. Vaxtilə müalicə ala bilməyənlər, xəstəxanalara gələ bilməyənlər müvafiq səhiyyə ocaqlarına, həkimlərə müraciət edirlər".
Bu sözləri baş nazirin müavini Əli Əhmədovnn deyib.
O bildirib ki, bölgələrdə xəstələrə ixtisaslı, kifayət qədər səriştəli yardımlar edilir.
"Həmin yerdə yardımların edilməsi mümkün olmadığı hallarda Gəncə və Bakıdakı səhiyyə müəssisələrində icbari tibbi sığorta əsasında vətəndaşlara ehtiyacı olanlara köməkliklər göstərilir.
Bir neçə ayın təcrübəsi onu deməyə əsas verir ki, pilot layihə uğurla həyata keçirilir. İnsanlar bu layihəyəyə, icbari tibbi sığortaya inanırlar. Güman edirik ki, bir il ərzində həyata keçiriləcək pilot layihə əsasında əldə edəcəyimiz təcrübə daha çox rayonlarda və bütövlükdə Azərbaycanın hər bir guşəsində icbari tibbi sığortanı tətbiq etməyə imkan verəcək. İlk uğurlar və ilk addımlar müsbətdir. İnanıram ki, pilot layihəsinin reallaşdığı dövrdə hər hansı çatışmazlıqlar olarsa onları da vaxtında aradan qaldırmağa imkanımız olacaq.