XİN Barselonada törədilmiş terror aktlarını pisləyib Siyasət

XİN Barselonada törədilmiş terror aktlarını pisləyib

"İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.
Hikmət Hacıyev terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını diləyib: "Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır. Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib".