Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
18 İyun 2019 17:33
1 491
Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərdə namizədliyi irəli sürülən Binəli Yıldırım və Əkrəm İmamoğlunun 16 iyun debatına münasibət bildirib.
Diplomat Report-a açıqlamasında bildirib ki, həmin debatı izləyib və yüksək dəyərləndirib:
“Binəli Yıldırımla Əkrəm İmamoğlunun debatını izlədim. Bunu çöx yüksək dəyərləndirirəm. Türkiyənin iki siyasətçisi xalqın qarşısına çıxaraq əhalinin problemlərindən danışdılar. Əminəm ki, mənim kimi bütün türk xalqı bu debatı yüksək qiymətləndirir”.
O xatırladıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər keçiriləcək və İstanbul əhalisi öz bələdiyyə başçısını seçəcək: “Bilirsiniz ki, bu, 5 ildən bir həyata keçirilən seçkidir. Ümid edirəm ki, İstanbul əhalisi istədiyi namizədinə səs verərək öz bələdiyyə başçısını seçəcək. Bütün hallarda türk xalqı üçün xeyirli olmasını arzu edirəm”.
Qeyd edək ki, Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. Təkrar seçkilər iyunun 23-də keçiriləcək.
15 Noyabr 21:25
1 519
15 Noyabr 17:47
1 155
15 Noyabr 17:44
1 134