Türkiyədə yeni Nazirler Kabinetinin tərkibi açıqlanıb Siyasət

Türkiyədə yeni Nazirler Kabinetinin tərkibi açıqlanıb

Əhməd Davudoğlu yeni tərkibi ölkə prezidentinə təqdim edib

Türkiyədə baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Davudoğlu yeni Nazirlər Kabinetinin tərkibini ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmək üçün Çankaya Köşkünə gedib.
TRT-yə xəbərinə görə, Ə.Davudoğlu ölkə başçısı ilə keçirdiyi görüşdən sonra Baş nazirlik binasında mətbuat konfransı təşkil edərək yeni kabinetin tərkibini açıqlayıb.
Beləliklə Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibi məlum olub. 62-ci hökumətin tərkibi belədir:
Baş nazir: Əhməd Davudoğlu
Baş nazir müavini: Bülent Arınç
Baş nazir müavini: Ali Babacan
Baş nazir müavini: Numan Kurtuluş
Baş nazir müavini: Yalçın Akdoğan
Ədliyyə naziri: Bekir Bozdağ
Ailə və sosial siyasətlər naziri: Ayşenur İslam
Avropa Birliyi naziri: Volkan Bozkır
Xarici işlər naziri: Mövlud Çavuşoğlu
Elm, sənaye və texnologiya naziri: Fikri İşık
Əmək və sosial müdafiə naziri: Faruk Çelik
Ətraf və şəhərsalma naziri: İdris Güllüce
İqtisadiyyat naziri: Nihat Zeybekçi
Enerji və təbii ehtiyatlar naziri: Taner Yıldız
Gənclər və idman naziri: Akif Çağatay Kılıç
Qida, əkinçilik və heyvandarlıq naziri: Mehmet Mehdi Eker
Gömrük və ticarət naziri: Nurettin Canikli
Daxili işlər naziri: Efkan Ala
İnkişaf naziri: Cevdet Yılmaz
Mədəniyyət və turizm naziri: Ömer Çelik
Maliyyə naziri: Mehmet Şimşek
Milli təhsil naziri: Nabi Avcı
Milli müdafiə naziri: İsmet Yılmaz
Meşə və su işləri naziri: Veysel Eroğlu
Səhiyyə naziri: Mehmet Müezzinoğlu
Nəqliyyat, dənizçilik və xəbərləşmə naziri: Lütfi Elvan