Ermənistan təkcə Azərbaycanı deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı - Deputat Siyasət

Ermənistan təkcə Azərbaycanı deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı - Deputat

Azərbaycan sentyabrın 27-dən əks-hücum əməliyyatlarını həyata keçirməsəydi, Ermənistan danışıqlar yolu ilə heç zaman işğal olunmuş ərazilərimizdən çıxmazdı. Ermənistan 30 ilə yaxın müddət ərzində danışıqlar zamanı Azərbaycanla yanaşı beynəlxalq vasitçiəri də aldadırdılar. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər də bunu görməzdən gəlirdilər, işğalçıya heç bir təsir göstərmirdilər.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdən görüntülərdən və yeni informasiyalara əsasən məlum olur ki, Ermənistanın danşıqlar prosesində heç zaman torpaqları qaytarmaq niyyətində olmayıb:

“Ermənistan nəinki torpaqarı qaytarmaq niyyətində olmayıb, əksinə işğal etdiyi ərazilərdə qeyri-qanuni məskunlaşma aparmaqala demoqrafik vəziyyəti dəyişməyə, oradakı tarxi abidələri məhv etməklə və ya erməniləşdirməklə tarixi saxtalaşdırmağa çalışıb:

“Lakin qeyd etdiyim kimi, beyəlxalq vasitəçilərin Ermənistanın bu qanunsuz hərəkələrinə susqunluğu erməniləri daha da azğınlaşdırır, onlar yeni ərazilər xülyasına düşürdülər. 2019-cu ildən isə Ermənistan yeni taktikaya üstünlük verməyə başladı. Mahiyyət etibarilə Ermənistan imitasiya xarakterli danışıqlardan danışıqlar prosesini pozmağa istiqamət götürdü. Ermənistanın ali hərbi-siyasi rəhbərliyinin açıqlamaları və onların təxribatçı hərəkətləri də bunu sübut edir.

Belə ki, ABŞ-da səfərdə olan Ermənistanın keçmiş müdafiə naziri bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Ermənistanın yüksək hərbi rütbəli şəxsinin bu bəyanatı Ermənistanın aqressiv siyasətinin mahiyyətini aydın şəkildə nümayiş etdirir. Görünür onlara bir milyondan artıq azərbaycanlıya yaşatıqları əzab az olmuşdu, üstəlik yeni ərazilər işğal etmək istədilər”.

A.Həsənova vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edərək “Qarabağ Ermənistandır və nöqtə” deməklə, qondarma “parlament və prezident seçkiləri” keçirməklə, qondarma “DQR”-in “parlamentini” Xankəndindən Şuşaya köçürməklə, cinayətkar rejimin başçısının Şuşada “inauqurasiyasını” keçirməklə hər şeyin üstündən xətt çəkdi və danışıqlar prosesini tamamilə pozdu:

“Əlbəttə ki, bu təxribatçı tezis cavabsız qala bilməzdi. Sentyabrın 27-dən isə Ermənistan ordusu ağır silahlardan istifadə edərək Azərbaycanın yaşayış məntəqlərini atəşə tutdu və dinc sakinləri qətlə yetirdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi şüurlu şəkildə mülki əhalinin məhv edilməsinə yönəlmiş hərəkətlər etdi.

Bu vəziyyətdən sonra artıq qüdrətli Azərbaycan ordusu öz sözünü deməyə başladı. Müharibənin nəticələri məlumdur, Azərbaycan ordusu ermənilərin 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları, öz orduları haqqında yaratdıqları mifi qısa müddət ərzində məhv edərək işğalçı dövlət üzərində qələbə qazandı. Nəinki qələbə qazandı, eyni zamanda Ermənistana bundan sonra 10 illər ərzində özünə gələ bilməyəcək zərbə vurdu, Ermənistanın hərbi potensialının 80 faizini məhv etdi.

Bu gün Ermənistan müharibənin acı nəticələrini yaşamaqdadır, ölkədə siyasi xaos, dərin iqtisadi tənəzzül hökm sürür və qeyri-müəyyən vəziyyətin nə ilə nəticələnəcəyi bəlli deyil.

Azərbaycan zamanında Ermənistana çox xəbərdarlıq etdi, torpaqları qaytarmayacağı halda bunun acı nəticələlərini çəkəcəyini bəyan etdi. Lakin Ermənistanın rəhbərləri reallıqla deyil, xülyalarla yaşayırdılar, Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlayacaqlarını düşünürdülər. İndi isə bu hərəkətlərinin acı nəticələrini yaşayırlar. Azərbaycan üçün bu Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olub”.