

Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb
Azərbaycan Prezidenti: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır
Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Rusiyada Xodorkovskiyə terror təşkilatı yaratmaq ittihamı ilə cinayət işi açılıb
İdris İsayev: Məktəbəqədər təhsilin əhatə dairəsi hədəflənən səviyyəyə tam çatılmayıb
“Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya təyyarə ilə gələ bilsinlər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı Füzuli beynəlxalq hava limanının təməlini qoyduqdan sonra deyib.
Dövlət başçısının sözlərinə görə, bununla paralel olaraq göstəriş verilib ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin: “Eyni zamanda Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün buraya gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən və digər bizim şəhərlərimizdən. İndi isə istiqamət Şuşa şəhəri və yol boyunca əlavə məlumat veriləcək”.