Baş katib: “15 ölkə Türk Şurası ilə rəsmi əlaqə qurmaq istəyir” Siyasət

Baş katib: “15 ölkə Türk Şurası ilə rəsmi əlaqə qurmaq istəyir”

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) dünyanın fərqli ölkələrindən ciddi maraq var”.

APA-nın xəbərinə görə, bunu Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, hazırda 15 ölkə Türk Şurası ilə rəsmi əlaqə qurmaq istəyir.

“Bu mənada Türk Şurası dünya diplomatiyasında parlayan bir ulduzdur”, - deyə Baş katib vurğulayıb.