İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib Siyasət

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Azərbaycan ombudsmanının dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, ombudsman Səbinə Əliyeva qonaqları qarşılayaraq, səfərin önəmi barədə söz açıb və nümayəndə heyətinə öz təşəkkürünü çatdırıb.

Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.

Səfərin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.