“Mәqsәdimiz müstәqil siyasәtimizi davam etdirmәkdir” Siyasət

“Mәqsәdimiz müstәqil siyasәtimizi davam etdirmәkdir”

Əli Həsənov: "Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şәkildә birgә yaşayışdan ibarətdir"

Dünən Azərbaycan prezidentinin tapşırığı ilə Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin birgə mətbuat konfransı keçirilib.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, sabah Bakıda ilk Avropa Oyunlarının startı veriləcək: "Artıq xarici jurnalistlərin Bakı və Azərbaycanla bağlı təəssüratları var. Müraciətlər çox olduğundan bu müraciətləri fərdi qaydada cavablandırmaq çətindir. Ona görə də prezident İlham Əliyevin tapşırığı ilə mətbuat konfransı təşkil olunub".
O, mətbuat konfransında sualların verilməsinin sərbəst olduğunu bildirib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov"Əl-Cəzirə" telekanalının beynəlxalq təşkilatların siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışlarla barədə sualına cavab olaraq qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səsləndirini bildirib. O, qeyd edib ki, Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır: "Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər".
Əli Həsənov deyib ki, Azərbaycan hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir: "Belə hesab etməyənlər Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu iddiadadır ki, Azərbaycanda siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur".
Gənclər və idman naziri Azad Rəhimov "Əl-Cəzirə" telekanalının sualına cavabında rəhbərlik etdiyi qurumun büdcəsinin 10 milyon avro təşkil etdiyini xatırladıb: "Bura idman yarışları ilə bərabər, idman təlimləri, idman avadanlıqlarının alınması daxildir. Dünyada tanınan istənilən audit təşkilatı bu büdcədən 1 dollar kənara xərcləndiyini aşkarlayarsa, vəzifəmdən istefa verərəm".
Avropa Rəhimov bildirib ki, Birinci Avropa Oyunları ilə bağlı araşdırma aparıblar: "Oyunların büdcəsi 960 milyon manat idi, sonra digər xərclərlə 1 milyard 34 milyon manat sərf olundu. Bütün ölkələrdə belə tədbirlər keçirilən zaman xərclər 30 faizə qədər artır. Manat 31 faiz devalvasiya olub, əslində biz əlavə vəsait istəmişik. Xarici mütəxəssislərə yüksək səviyyədə maaş ödənilir. Xərclərin digər hissəsi reklam və Olimpiya standartlarına uyğun idman obyektlərinə və informasiya texnologiyalarına sərf olunub. Büdcə açıqdır. Bunu istənilən təşkilata göstərə bilərik".
Nazir qeyd edib ki, belә iri miqyaslı tәdbir investisiya tәlәb edir. Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq üçün Azәrbaycan qısa vaxtda sәfәrbәr olub: "Azәrbaycan çәtin mәrhәlәdәn keçib. Mәqsәd Azәrbaycanın dünya xәritәsindә yerinin möhkәmlәndirilmәsidir. Biz gәnc ölkәyik, dünyada Azәrbaycanın harada yerlәşmәsindәn xәbәri olmayanlar var. Bu kimi tәdbirlәrin mәqsәdi Azәrbaycan mәdәniyyәtini, tarixini, incәsәnәtini, mәtbәxini, insanlığımızı bütün dünyaya göstәrmәkdir. Oyunlar üçün yeni infrastruktur yaradılıb. Biz bundan sonra müxtәlif idman tәdbirlәrinә ev sahibliyi edә bilәrik. Bu oyunlar yeni idman növlәrini gәnclәrә göstәrmәk üçün әla fürsәtdir".
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bildirib ki, bәzi dairәlәr Azәrbaycanda keçirilәn Avropa Oyunlarını siyasilәşdirmәyә cәhd edir.
Əli Həsənovun sözlərinə görə, Azәbaycan dövlәtinә, dövlətin və prezidentin müstәqil siyasәtinә tәsir göstәrmәk istәyәn dairәlәr anti-Azәrbaycan proqramına malikdirlәr: "Bunlar belә bir platforma formalaşdırıblar vә anti-Azәrbaycan dairәlәrini yönәldirlәr. ABŞ vә Qәrb ölkәlәrinin müxtәlif media, QHT, müxtәlif hüquq-müdafiә dairәlәrindә biz bunu müşahidә edirik. Lakin biz buna tәmkinlә yanaşır, birbaşa reaksiya vermirik.
Bizim mәqsәdimiz müstәqil siyasәtimizi davam etdirmәk, Azәrbaycanın nailiyyətlərini dünyaya çatdırmaq, bölgәdә sülh siyasәtinin yönlәndirilmәsi, dövlәtlәr arasında sivil münasibәtlәrin formalaşdırılmasıdır. Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dәqiq mәlumatlar var. KİV-də dә bu barәdә mәlumat yayılıb. Tәәssüf edirik vә bu kampaniyalardan geri çәkilmәyә çağırırıq. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şәkildә birgә yaşayışdan ibarətdir".
Əli Həsənov Amnesty İnternational təşkilatı adından heç kimin Azərbaycana daxil olmaq üçün müraciət etmədiyini deyib: "Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib".
Əli Həsənov qeyd edib ki, Amnesty İnternational təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb: " Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də Amnesty İnternational adından yayılan bəyanatın əsası yoxdur".
Rusiyanın "Komsomolskya pravda" qəzetinin Ermənistan idmançılarının dəvət olunması ilə bağlı qərarın necə qəbul edildiyi barədə sualına cavablandıran gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk dəfə deyil: "Torpaqlarımız işğal olunub, diplomatik əlaqələr kəsilib, ancaq bundan əvvəl də Azərbaycanda keçirilən idman yarışlarında erməni idmançılar iştirak ediblər".
Nazir bildirib ki, Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətinə 25 nəfər daxildir: "Ermənistan nümayəndə heyətləri daha əvvəl ölkəmizdə mədəniyyət və digər sahələrdə keçirilən tədbirlərə qatılıblar. Nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etməlidirlər. İdman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənərək hazırlanıb. Əvvəllər nümayəndə göndərirdik, gedib iştirakla bağlı vəziyyəti öyrənirdi. İndi isə biz qarşılıqlı olaraq təhlükəsizliyin təminatına dair məktub veririk. Bu, kifayət edir".
Azad Rəhimov 2016-cı ildə Azərbaycanda şahmat Olimpiadasının keçiriləcəyini söyləyib: "Şahmat Olimpiadasında da ermənilərin iştirakını gözləyirik".
Azad Rəhimov deyib ki, azarkeşlərin də idmançılarımıza dəstəyi mühüm amildir: "İndiyə qədər Avropanın komanda hesablarında 10-cu yerə çıxmışıq. Ona görə də Birinci Avropa Oyunlarında əsas məqsədimiz daha yüksək nəticələr əldə etməkdir".
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da
Azərbaycanda keçirilən yarışda Ermənistan idmançılarının iştirak etdiyini vurğulayıb. O, ilk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inandığını bildirib.
Əli Həsənov deyib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər: "25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan edibləlr. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, düynanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcudur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz. Biz bir daha çağırış edirik ki, beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir ".
Əli Həsənov bildirib ki, Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır: "Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq".
Əli Həsənov deyib ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: "İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. "Eurovision" yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, "The Guardian", BBC kimi nəşrlər də təəssüf ki, "London Platforması"nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək".
Azərbaycanın dostları dünyada çalışırlar ki, bu anti-Azərbaycan kampaniyası effektsiz olsun".
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Azərbaycanın bölgәdә balanslı, qarşılıqlı faydalı münasibәtlәrә yönәlәn partnyorluq siyasәti yürütdüyünü bildirib. Onun sözlәrinә görә, Azәrbaycan SSRİ dağıldıqdan sonra müstәqillik qazanmış 15 ölkәdәn biri olub: "O zaman qarşımızda 3 yol vardı - biri yalnız post-sovet ölkәlәri ilә münasibәtlәri davam etdirmәk, digәri Qәrb, demokratik inkişaf, Avropa İttifaqı prinsiplәri, Avropa dәyәrlәri istiqamәtindә fәaliyyәt göstәrmәk vә üçüncüsü Asiya ölkәlәrinin qoşulmamaq siyasiәtinә qoşulub müstәqil siyasәt yürütmәk. Hәr üç seçim cәlbedici görünürdü. Lakin problemlәri dә var idi. 1990-93- cü illәrdә Azәrbaycanda vәtәndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildә Konstitusiya qәbul edildi. Azәrbaycan prezidenti açıq-aşkar bәyan edib ki, biz öz yolumuzla gedirik. Siyasәtimizin әsas mahiyyәti Azәrbaycan xalqının maraqları üzәrindә köklәnib. Avropa İttifaqının qonşuluq siyasәti proqramında iştirak etmәk, Avrasiya İqtisadi Birliyinә qatılmaq, digәr tәrәfdәn qoşulmamaq hәrәkatına yönәlmәk kimi cәlbedici tәkliflәr var. O yerdә ki Azәrbaycanın maraqlarına uyğun yürüdülәn siyasәt var, orada Azәrbaycan da var. Azәrbaycan qarşılıqlı, faydalı, ikitәrәfli münasibәtlәrә üstünlük verir. Kollektiv öhdәlik, kollektiv birlik münasibәtlәrinә tәnqidlә yanaşır. Ona görә hәm İran, hәm ABŞ, hәm İsrail, hәm Türkiyә ilә münasibәtlәr qururuq. Azәrbaycanın maraqlarına söykәnәn, lakin kimsәnin maraqlarına kölgә salmayan istənilən yol bizim marağımıza uyğundur vә bu regionda әn keçәrli siyasәtdir".