“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
1 Fevral 2022 11:33
2 898
Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.
Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında işlər planı müzakirəyə çıxarılıb.
Qanunvericilik işləri planına daxil edilən qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri
3. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi
4.” Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi
5. “Lombardlar haqqında” qanun layihəsi
6. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi
7. “Ali təhsil haqqında” qanun layihəsi
8. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi
9. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi
10. Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Müzakirələrdən sonra işləri planın səsverməyə qoyularaq qəbul edilib.
13 Mart 23:03
840
13 Mart 20:26
1 078
13 Mart 20:16
1 099