“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
2 Fevral 2022 21:43
2 338
Əgər bizim adət-ənənələrimizə qayıtsaq, Azərbaycan xalqı ehtiyacı olanlara həmişə kömək edirdi. Bizim milli xüsusiyyətimiz bundan ibarətdir. Ona görə könüllülük bizim elə bil qanımızdadır. Sadəcə olaraq, bunu hərəkət çərçivələrə gətirmək üçün təşkilatı addımlar olmalı idi, bunlar da atıldı.
Bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir və bu hərəkat bizdə “ASAN xidmət” mərkəzlərində başlayıb. Bütövlükdə “ASAN xidmət” yarandıqdan bu günə qədər bəlkə də on minlərlə könüllü bu mərkəzlərdə çalışıb və sonradan onların bir çoxu həyatda özünü təsdiqləyib.
Prezident deyib: “Könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə mən bu hərəkata çox müsbət baxıram, gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərdən. Ona görə əminəm ki, Azərbaycanda bu hərəkatın çox gözəl gələcəyi var”.
13 Dekabr 17:17
1 008
13 Dekabr 12:09
1 379
12 Dekabr 17:54
2 744