
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ovçuluq biletinin verilməsindən imtina edilməsinə dair halların sayı artırılıb.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edib.
Hazırda qüvvədə olan qərara əsasən, qvçuluq biletinin verilməsindən imtina etmə halları aşağıdakılardır:
- ərizəçinin təqdim etdiyi ərizədə qeyri-dürüst və təhrif olunmuş məlumatlar olduqda;
- ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;
- qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
Dəyişikliyə əsasən, ovçuluq biletinin verilməsindən aşağıdakı hallarda imtina ediləcək:
- ərizəçinin 18 yaşı tamam olmadıqda;
- ərizəçi məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda;
- ərizədə və ona əlavə olunmuş sənədlərdə (məlumatlarda) səhv və ya təhrif olunmuş məlumatlar olduqda;
- ərizəçi ovçuluğun minimum üzrə sınağından keçmədikdə;
- ov silahından istifadəyə dair verilən icazənin və silahın respublika ərazisində saxlama müddətləri bitdikdə;
- heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulan digər hallarda.