Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
11 Aprel 2025 16:28
10 479.jpg)
İran parlamentinin Təbrizdən olan nümayəndəsi Əlirza Novin İran Mülki Aviasiya Təşkilatının rəsmilərinin "Ata" Təbriz Hava Yollarının qonaqları türkcə salamlamaqla bağlı qadağasına cavab verib.
Gunaz.tv
"Fars və ingilis dillərində salamlaşma ilə yanaşı, təxminən 30 saniyə ərzində türkcə salam veriləcək. Onlar buna dözə bilmirlərmi?" - deyə Əlirza Novin bildirib.
"Mediada oxudum ki, uçuşda olan sərnişinlərə salamın fars və ingilis dillərində olması lazım olduğunu, türkcədən istifadənin qanuna zidd olduğunu və xaos yaradacağını deyiblər. Aylardır ki, Ata hava yollarında fars və ingilis dillərində salamla yanaşı, türkcə də salamlar verilir və bu günə kimi biz heç bir iddia edilən hərc-mərcliyin şahidi olmamışıq və yeri gəlmişkən, bu təşəbbüs sərnişinlər və ictimai rəy tərəfindən müsbət qarşılanıb. Təəssüf ki, İran Mülki Aviasiya Təşkilatının rəsmiləri müəyyən şəxslərin mənasız problem yaratmasından təsirlənib və onlar sadə bir məsələyə təhlükəsizlik prizmasından baxaraq kiber məkanda böhranlı durum yaradırlar." - deyə Əlirza Novin fikirlərinə əlavə edib.
Şərqi Azərbaycan Nümayəndələr Məclisinin sədri İranşəhri türk əleyhdarının yaratdığı ixtilaflara toxunaraq bildirib ki, Təbriz uçuşlarında türkcə salamlaşma məsələsi ictimaiyyət və elita üçün həll olunmuş məsələ hesab olunur. Lazım gəlsə, Şərqi Azərbaycan Nümayəndələr Məclisi məsələ ilə bağlı yollar və şəhərsalma nazirinə müraciət ünvanlayacaq.
12:30
434
10 Sentyabr 13:43
1 995
10 Sentyabr 11:43
2 051