Azərbaycanla Türkiyə arasında sığorta sektoru üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan səfirliyi Montoneqroda iğtişaşları diqqətlə izləyir, zəruri tədbirlər görür
Azərbaycan və Belarusun Baş nazirlərinin müavinləri Ağdamda tikinti işləri ilə tanış olublar
Melissa qasırğası səbəbindən Kubadan 735 min nəfər təxliyə edilib
25 Aprel 14:21
10 395
Azərbaycanın mədəni və tarixi kimliyinin simvollarından biri olan Təbrizin tarixi Sahib-i-Əmir Meydanı bu günlərdə acınacaqlı vəziyyətdədir.
Gunaz.tv
Bu meydanın hazırkı vəziyyəti ilə bağlı yayılan görüntülər və reportajlar sosial mediada çoxsaylı reaksiyalara səbəb olub. Mədəni və ictimai fəallar bu vəziyyətə təcili reaksiya verməyə çağırsalar da indiyədək cavabdeh qurumlar tərəfindən heç bir nəzərəçarpacaq addım atılmayıb.
Bəzi mədəni fəallar bu diqqətsizliyi Azərbaycan millətinin kimliyi yansıdan tarixi əsərlərin, rəmzlərin tədricən silinməsinə yönəlmiş məqsədyönlü siyasətin tərkib hissəsi hesab edirlər.
İran rejimi son illərdə türk şəhərlərinin, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Zəncanda tarixi abidələri ya birbaşa siyasətlə, ya da məqsədli etinasızlıq ilə dağıdıb, yox edib. Azərbaycandakı tarixi abidələr, tikililər bir-birinin ardınca dağıldığı vaxtda fars bölgələrindəki abidələr isə bərpa olunaraq turistlərin cəlb edilməsi və regiona gəlir gətirilməsi üçün istifadə olunur.