21 Oktyabr 23:50
21 Oktyabr 23:18
27 May 2025 13:58
9 219
Urmu gölünün bugünkü səviyyəsi qeydə alınan ən aşağı səviyyədən 23 santimetr yüksəkdir.
Gunaz.tv
Bunu Qərbi Azərbaycan Regional Su Şirkətinin baş direktoru Məcid Rasteqari deyib.
“Son ölçmələrə görə, Urmu gölünün sahəsi 1130 kvadrat kilometrə çatır. Gölün həcmi hazırda 1,6 milyard kubmetrə çatıb ki, bu da yağıntıların azalması səbəbindən ötən illə müqayisədə azalma deməkdir.” - deyə o bildirib.
O, vilayətin 14 bəndində mövcud olan suyun miqdarının təqribən 800 milyon kubmetrə çatdığına diqqət çəkərək bənd su anbarlarının 44 faiz dolu olduğunu bildirib.
Qeyd edək ki, mütəxəssislər yaxın aylarda bu gedişat davam edərsə, Urmu gölündə vəziyyətin daha da kritikləşəcəyi ilə bağlı xəbərdarlıq edirlər.
21 Oktyabr 11:15
847
19 Oktyabr 10:59
1 659
14 Oktyabr 12:13
2 940