Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
12 Mart 2021 12:57
7 469
Türkiyənin “Anadolucet” hava yolları sərnişin uçağının Urmu şəhərinə ilk uçuşu baş tutub.
İlk eniş zamanı qarşılama mərasimində Qərbi Azərbaycan əyalətinin məsulları və Türkiyə Cumhuriyyətinin Urmudakı Baş Konsolunun müavini iştirak edib.
Qarşılama mərasiminə Qərbi Azərbaycan qubernatorunun müavini Aydın Rəhmani, Urmu Şəhər Şurasının sədri Hüseyin Bəxşayişi, Qərbi Azərbaycan Mədəni İrs Təşkilatının Baş direktoru Cəlil Cabbari, Qərbi Azərbaycan Hava Limanlarının Baş direktoru Nail Qaraməliki, Türkiyə Cumhuriyyətinin Baş Konsul Köməkçisi Akin Dağvur və Urmu'dakı Türk Baş Konsulluğunun iqtisadi məsləhətçisi Ərsin Özdəmir qatılıblar.
Türk Hava Yolları İctimaiyyətlə əlaqələr bölməsi dünən şirkətin törəmə şirkətlərindən biri olan “Anadolucet”in hava şəbəkəsini genişləndirmək üçün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərini uçuşlar siyahısına saldığını açıqlamışdı.
İstanbul-Urmu arasında uçuş ikitərəfli olmaqla həftədə iki dəfə, İstanbulun “Sabiha Gökçen” hava limanından Urmu hava limanı arasında baş tutacaq.
Qeyd edək ki, “Anadolucet”in Urmuya ilk uçuşu dünən yerli vaxtla saat 12:55-də İstanbul “Sabiha Gökçen” hava limanından Urmuya reallaşdı. İstanbula uçuş İran vaxtı ilə 17.35-də həyata keçirilib.
Gunaz.tv
14 Noyabr 10:06
2 093
13 Noyabr 10:21
2 632
12 Noyabr 12:11
3 045