İranda daha 25 nəfər edam edilib Güney Azərbaycan

İranda daha 25 nəfər edam edilib

İranda narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılan daha 25 nəfər edam edilib. Hadisə iki gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.
Narkotik maddə qaçaqmalçılığı ittihamı ilə ölümə məhkum edilən 25 məhbus iyunun 16-sı sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dar ağacından asılıb. Məhbuslar edamdan əvvəl məhkəmə orqanlarına əfv olunmaları ilə bağlı müraciət etsələr də, onların əfvlə bağlı xahişi rədd edilib. Edam edilənlərin kimliyi barədə mediada hər hansı bir məlumat yayılmayıb.
Qeyd edək ki, son aylarda İranda kütləvi edamların sayının kəskin artması həm məhbus ailələrinin, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.