“Zəfərə gedən yolda ilk uğurlu sınaq”
2 Aprel 18:34
2 Aprel 18:34
2 Aprel 18:33
12 Avqust 2022 10:14
9 828
UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatıb.
Trend xəbər verir ki, növbəti oyun günündə daha altı cavab qarşılaşması keçirilib.
Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, səfərdə 1:1 hesablı heç-heçə edən Türkiyə təmsilçisi pley-off mərhələsinə yüksəlib.
Türkiyə komandası ilə yanaşı, Finlandiyanın HİK, İsveçrənin “Sürix”, İsveçin "Malmö", Yunanıstanın "Olimpiakos" və Kiprin AEK klubları rəqiblərindən üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıblar.
Qeyd edək ki, bundan əvvəl Şimali Makedoniyada “Şkupi”yə qalib gələn İrlandiyanın “Şemrok Rovers” klubu adını pley-off mərhələsinə yazdırıb.
Xatırladaq ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.
2 Aprel 17:06
1 085
2 Aprel 16:16
1 148
2 Aprel 10:25
1 190