“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
6 Noyabr 2022 12:42
9 709
"Qarabağ"ın səhv addım atacağına ümid edirdik".
"Report"un məlumatına görə, bunu "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın "Nant" komandasının futbolçusu Mussa Sissoko klubun rəsmi saytına müsahibəsində deyib.
33 yaşlı yarımmüdafiəçi G qrupunu yaxşı pillədə başa vurmaq istədikləri və buna nail olduqlarını xatırladıb: "Frayburq" "Qarabağ"a qarşı sonadək oynadı və artıq öz işimizi görməli idik. Böyük sevinc yaşadıq. Ümid edirəm ki, bu, bizə daha çox inam verəcək".
Fransalı təcrübəli oyunçu heyətdə gənclərin çoxluq təşkil etdiyini söyləyib: "Nailiyyətdən zövq alırıq. Şəhər uzun müddət klubun avrokuboklarda çıxışını gözləyib".
Qeyd edək ki, VI turda Almaniyanın "Frayburq" komandası ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Avropa Liqası ilə vidalaşıb. Ölkə çempionu UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.
13 Mart 17:20
924
12 Mart 16:23
1 428
10 Mart 18:33
2 170