19 Dekabr 2022 07:21
12 838
Dekabrın 20-22-də İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış -“Masters” turniri keçiriləcək.
Trend xəbər verir ki, yarışda Azərbaycanı 13 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.
Turnirdə 58 ölkədən 350-dən çox cüdoçu iştirak edəcək.
12 Dekabr 18:05
1 470
12 Dekabr 18:04
1 337
12 Dekabr 17:04
1 393