16 Mart 19:53
16 Mart 19:28
4 Sentyabr 2024 08:25
7 525
Super Liqa təmsilçilərindən "Beşiktaş" Portuqaliya klublarından "Benfika"da çıxış edən Joao Marionu heyətinə qatmaq üzrədir.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralılar" Joao Marionun transferində razılığa gəliblər. Futbolçu bu gün axşam saatlarında İstanbula yollanıb. O, tibbi müayinədən keçdikdən sonra "Beşiktaş"la müqavilə imzalayacaq.
"Porto"nun aşağı yaş qruplarında futbol oynamağa başlayan Joao Mario Portuqaliyanın “Sportinq” və “Benfika” klublarının formasını geyinib.
Mario 2016-cı ildə “Sportinq”dən “İnter”ə keçib, daha sonra “Vest Hem Yunayted” və “Lokomotiv Moskva”da çıxış edib.
16 Mart 15:18
1 141
14 Mart 18:26
1 939
14 Mart 09:13
2 051