Ramil Quliyev: ABŞ-dan 25 dəfə təklif gəldi İdman
"Əvvəlki illər həmişə deyirdilər ki, yaxşı sprinter olmaq üçün ABŞ-a gedib, orda oxumaq lazımdı. Qəti şəkildə bu ölkəyə yollanıb, daha uğurlu karyera quracağımı çox söylədilər. Hətta hazırlığımı ABŞ-da davam etməyin vacibliyini dedilər". Bunu azərbaycanlı atlet Ramil Quliyev deyib. Türkiyə millisinin şərəfini qoruyan dünya çempionu Ərzurumda ölkə kuboku ərəfəsində yerli medianın suallarını cavablandırıb. İlin atleti adını qazanmağa namizəd olan sprinter bildirib ki, bir müddət öncə çoxları onun ABŞ-da hazırlıq keçməsinin tərəfdarı idi: "Bu ölkənin universitetlərindən 25 dəfə təklif gəldi. Mən də hər zaman cavab verirdim ki, bunu etmədən öz evində - ölkəndə də məşqlərlə uğur qazana bilərsən. ABŞ-da və ya başqa bir yerdə hər zaman hazırlıq keçmək olar. Ancaq hər zaman çalışdığımız Türkiyədə də uğurlu nəticəyə imza atmaq mümkündü".
Əsasən Antalyada məşqlər keçdiyini vurğulayan Ramilin fikrincə, bu şəhər istidi və qışda da açıq havada hazırlıqda çətinlik olmur: "Rio Olimpiadasından öncə də Antalyada məhz həmin şəhərin saatına uyğun hazırlıq keçdik. Bunun da çox faydası oldu. Başqa ölkələrə yollanmazdan öncə oranın havasını, iqlimini analiz edirik. Londondakı dünya çempionatı öncəsi də Moskvada təlim-məşq toplanışı keçdik. Çünki 2 şəhərin havası bir-birinə çox yaxındı".