Zelenski Rusiyaya üç atəşkəs variantı təklif edib Dünya

Zelenski Rusiyaya üç atəşkəs variantı təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya atəşkəs üçün üç variant təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna liderinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib, "Strana.ua" "Telegram" kanalında məlumat yayıb.

Nəşrin məlumatına görə, Zelenski Rusiyaya hava atəşkəsi, həmçinin energetika obyektlərinə zərbələrin dayandırılmasını və cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulmasını təklif edib. Bundan əlavə, Ukrayna liderinin müşaviri iddia edir ki, Zelenski sülh danışıqlarına başlamaq üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

Məryəm Quliyeva