Avropa Liqasının cavab oyununda qalmaqal baş verib İdman

Avropa Liqasının cavab oyununda qalmaqal baş verib

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları qalmaqalla başa çatıb.

Apasport.az saytının məlumatına görə, Çexiyanın “Slaviya” klubunun futbolçusu Ondrey Kudela qarşılaşmadan sonra döyülüb.

Hadisə “Reyncers”lə Şotlandiyadakı qarşılaşmadan sonra yaşanıb. Müdafiəçi tribunaaltı məkanda naməlum şəxslər tərəfindən döyülüb. “Slaviya” 2:0 hesablı qələbədən sonra polislərin müşayiəti ilə stadionu tərk edərək otelə yollanıb.

Qlazqo təmsilçisinin baş məşqçisi Stiven Cerrard bunun irqçiliklə bağlı olduğunu bəyan edib. O bildirib ki, Kudela oyun zamanı Qlen Kamaranı irqçilik zəminində təhqirlərə məruz qoyub.