Taekvondo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək İdman

Taekvondo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Avropa Taekvondo Federasiyasının (ETU) prezidenti Athanasios Pragalos Bakıya gəlib. Apasport.az saytının xəbərinə görə, səfər zamanı Pragalos Azərbaycan Taekvondo Federasiyasının (ATF) prezidenti Kəmallədin Heydərovla görüşüb. Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan cari il mayın 1-dən 5-dək taekvondo üzrə böyüklər arasında Avropa çempionatına ev sahibliyi edəcək. Ölkəmizə səfəri zamanı Pragalos və ETU-nun baş katibi Mikhael Fysentzidis Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları Təşkilat Komitəsinin mənzil-qərargahına baş çəkiblər.