28 Fevral 2022 12:17
1 995
Ukrayna paytaxtının bütün mülki vətəndaşları Kiyev-Vasilkov magistral yolu ilə şəhəri tərk edə bilər. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Bu istiqamət açıq və təhlükəsizdir. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Federasiyasının Silahlı Qüvvələri yalnız hərbi obyektlərə zərbələr endirir. Mülki əhalini heç nə təhdid etmir", - o deyib.
“Kiyevdə hakimiyyət orqanlarının cinayətkar qərarı nəticəsində silahları nəzarətsiz şəkildə əhaliyə paylayan talançıların, quldurların və millətçilərin silahlı dəstələri geniş vüsət alıb”, o əlavə edib.
Cavid