ABŞ-İran qarşıdurması: Hörmüz problemi necə həll olunacaq?
9 Sentyabr 23:45
9 Sentyabr 23:45
9 Sentyabr 23:12
9 Sentyabr 23:10
9 Sentyabr 23:10
10 Mart 2022 14:42
4 361
Çernobıl Atom Elektrik Stansiyasında (AES) partlayış olarsa, Azərbaycan üçün təhlükə yarana bilər.
AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev Trend-ə açıqlamasında bildirib:
"Partlayışlar tək reaktorlarla bağlı olmur. AES-də enerji təminatı kəsilərsə, bu çox təhlükəli ola bilər. Görünür Çernobıl AES-in müəyyən yerlərində daxili generatorla işlər görülür. Ümuilikdə elektrik verilməzsə, reaktorlar söndürülməlidir. Çernobıl AES-də hər hansı bir partlayış baş verərsə, dünyanın bir çox yerlərində bunun mənfi təsiri özünü göstərəcək. Radiasiyanın ölkəmizə birbaşa təsiri olmasa da dolayı yolla ziyan vura bilər. Belə ki, müəyyən qida bitkiləri var ki, radiasiya şüalarına görə məhsul yetişməyəcək. Yetişərsə belə həmin məhsulları yetişdirən, satan və qidalanan ziyan çəkə bilər”, - deyə İ.Mustafayev bildirib.
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Çernobıl AES-dəki vəziyyət təhlükəlidir, çünki stansiya Rusiya ordusunun fəaliyyətlərinə görə enerjisiz qalıb:
"İndi heç kim anlamır ki, orada nə baş verir. Çernobıldakı vəziyyət ümumilikdə çox təhlükəlidir. Ümumiyyətlə enerjisiz qalmamalı olan obyektlər problemlə üz-üzə qalıblar. Bu, bütün Avropa və əlbəttə ki, Rusiyanın özü üçün də təhlükədir", - M.Podolyak deyib.
9 Sentyabr 23:53
623
9 Sentyabr 23:45
672
9 Sentyabr 23:06
630