ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 1,5-1,75 faizə qədər qaldırıb Dünya

ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 1,5-1,75 faizə qədər qaldırıb

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 0,75 bənd artıraraq 1,5-1,75 faizə çatdırıb.

Bu barədə Federal Ehtiyat Sisteminin saytında bildirilib.

"[Açıq Bazar Əməliyyatları] Komitəsi uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, o, federal fondlar dərəcəsi üçün hədəf diapazonunu 1,5-1,75 faizə qədər yüksəltmək qərarına gəldi və hədəf diapazonunda daha da artımların uyğun olacağını gözləyir", deyə qeyd olunub.

Komitənin on üzvü faiz artımının lehinə səs verib. Onlar 2022-ci ildə baza dərəcəsini 3% -dən 4% -ə qədər proqnozlaşdırırlar.