Avroparlamentari  Kobaxidzeni Putinlə müqayisə etdi Dünya

Avroparlamentari  Kobaxidzeni Putinlə müqayisə etdi

Avropa Parlamentinin üzvü, Litvanın keçmiş müdafiə naziri Rasa Juknevichien “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin müvafiq bəyanatına cavab olaraq onu Rusiya Prezidenti Vladimer Putinlə müqayisə edib.

Avroparlamentari özünün rəsmi “Twitter” hesabında qeyd edib:

“Putin də belə danışır və eyni cür düşünür".

Xatırladaq ki, "Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Avropanın "EPP" partiyasını cinayətkar partiyaların birliyi adlandırıb. Onun sözlərinə görə, Bidzina İvanişvilinin sanksiyaya cəlb edilməsini tələb edən qətnamə belə birliyin dəstəyi hesabına qəbul edilib.
Cavid